SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bakı və İrəvan sərhədlərin delimitasiyasının aparılacağı xəritələri müzakirə etmir"

Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyi Bakı və İrəvanın sərhədlərin delimitasiyasının aparılacağı xəritələri hələ müzakirə etmədiyini bildirib.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Bakı və İrəvan sərhədlərin delimitasiyasının aparılacağı xəritələri hələ müzakirə etmir.
Bunu Sputnik Ermənistan-a Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyindən bildiriblər.
"Hazırda delimitasiyanın əsasını təşkil edəcək xəritələrlə bağlı müzakirələr aparılmır. Eyni zamanda, əraziyə münasibətdə titulun hüquqi əsasını təşkil edən sənədlərin beynəlxalq hüququn fundamental prinsiplər bazası əsasında hərtərəfli öyrənilməsini vacib hesab edirik", - deyə idarədən bildirilib.
Nazirlik onu da bildirib ki, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının növbəti iclası 2022-ci ilin noyabrında Brüsseldə keçiriləcək.