RUSİYA

ABŞ Asiyanı özünə tabe etdirməyi hədəfləyib - Rusiya XİN başçısı

NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsini qoyub.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsindəki çıxışı zamanı deyib.
"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol - güzəştlər yoxdur", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.
RUSİYA
Qlobal təhlükəsizlik məsələsi ətrafında vəziyyət sürətlə pisləşir - Lavrov