HADİSƏ

Zorakılığa məruz qalan 90 yaşlı qadınla bağlı detallar bəlli olub

Zorakılığa məruz qalan qadın hazırda qızı ilə yaşayır
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Bakıda 90 yaşlı qadına işgəncə verilib. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib.
Kadrlarda qadının döşəmə silməyə məcbur edildiyi görünür.
Həmin kadrların Bakının Buzovna qəsəbəsində lentə alındığı iddia edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülər yayılıb, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb: "Artıq ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır".
DİN-dən verilən məlumatda isə bildirilir ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.