BAKI, 23 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə "Mir" kartlarına alternativlər axtarır. "RİA Novosti" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
"Biz alternativlərə diqqət yetirəcəyik. Nə edə bilərik, hansı addımları atmalıyıq?! Əlimizdə olan variantlar var və onların üzərində işləməyə davam edəcəyik", - deyə prezident bildirib.
Bundan əvvəl ABŞ-ın Türkiyə banklarını Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələdiyi bildirilirdi.
Yalnız Birləşmiş Millətlər Təşkilatının tətbiq etdiyi sanksiyaları tanıyan Ankaranın mövqeyi uzun illərdir ki, dəyişməz qalıb. Nəşr yazır ki, Türkiyənin üç bankı - "Mir" kart sahiblərinin əksəriyyətinin əməkdaşlıq etdiyi Ziraat, Halk və Vakif bankları onları qəbul etməkdə davam edir.
Bank kartlarında Visa, Mastercard və Mir ödəmə sistemlərinin loqoları
© AFP 2024 / -
Bundan əvvəl mətbuatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmilərlə Rusiyanın "Mir" ödəmə sistemindən istifadəni və bundan sonra ABŞ-ın tətbiq edəcəyi sanksiyaları müzakirə edəcəyi barədə məlumat yayılıb.
Görüşdə Rusiya ilə razılaşmalar da müzakirə olunacaq. Həftənin əvvəlində Türkiyənin iki böyük bankı "Mir" kartlarına xidmət göstərməyi dayandırıb.
MasterCard və Visa-nın Rusiyadakı analoqu - "Mir" ödəmə sistemi Rusiya Federasiyasında 2015-ci ilin dekabrında fəaliyyətə başladı. O vaxtdan bəri bu sistemin 130 milyondan çox kartı buraxılıb.
MasterCard və Visa-nın analoqu olan kartların buraxılışı - Rusiyanın "Mir" ödəniş sistemi 2015-ci ilin dekabrında başlayıb. Bu günə qədər bu kartların 130 milyondan çoxu buraxılıb.
Hazırda Mir kartı doqquz ölkədə - Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Vyetnam, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda qəbul edilir. Onun köməyi ilə siz nəinki mal və xidmətlər üçün ödəniş edə, həm də bankomatlardan nağd pul çıxara bilərsiniz.