BAKI, 23 sentyabr — Sputnik. Dünyadakı vəziyyət çox böyük münaqişəyə yaxınlaşdırır. "RİA Novosti" xəbər verir ki, bunu BMT Baş Assambleyası çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Onun sözlərinə görə, dünya xüsusi hərbi əməliyyat mərhələsindən böyük hərbi münaqişəyə yaxınlaşır.
"Sual ondan ibarətdir ki, sərhədlər nə deməkdir və biz bəlkə də bir-iki aydan sonra İkinci Dünya müharibəsindən bəri bizdə olmayan böyük hərbi münaqişəyə girmək istəyirik, yoxsa, yox. Bizim üçün - təhlükəsiz şəraitdə olmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək istəyənlər üçün yaxşı və rahatlıq verəcək xəbərlər yoxdur", - deyə Vuçiç qeyd edib.
O, Qərblə Rusiya, həmçinin, Qərblə Çin arasında münasibətlərin pisləşəcəyini gözlədiyini bildirib.