BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian regional məsələləri müzakirə ediblər. Bunu C.Bayramov "Twitter"də yazıb.
O qeyd edib ki, İranın XİN başçısı ilə görüşüb.
Nazirlər regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.
C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.