RUSİYA

Bu şəxslər qismən səfərbərliyə cəlb edilməyəcəklər - Rusiya MN açıqladı

Nazirlik bildirib ki, müəyyən edilmiş formada təqdim edilmiş vətəndaşların siyahıları səfərbərlik üzrə hərbi xidmətə çağırılmaqdan azad edilmə üçün əsas hesab ediləcək.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Bəzi yüksək texnologiya sənaye sahələrinin, habelə Rusiya maliyyə sisteminin fəaliyyətini təmin etmək üçün müvafiq ixtisaslar və sahələr üzrə çalışan ali təhsilli vətəndaşların qismən səfərbərliyə cəlb edilməməsi barədə qərar qəbul edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və informasiya texnologiyaları sahəsində həllərin işlənib hazırlanması, tətbiqi, saxlanılması və istismarı və informasiya infrastrukturunun fəaliyyətinin təmin edilməsi ilə məşğul olan akkreditə olunmuş təşkilatlarda çalışan, Rusiya telekommunikasiya operatorlarında və rabitə vasitələrinin, məlumat emalı mərkəzlərinin, habelə Rusiya Federasiyasının ictimai rabitə vasitələrinin və xətlərinin sabitliyini, təhlükəsizliyini və fəaliyyətinin bütövlüyünü təmin edən, informasiya və rabitə sahəsində təşkilatlarda, habelə dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin təsisçisi və (və ya) redaksiyası və (və ya) naşiri və (və ya) televiziya kanalının, radio kanalında məhsulların istehsalı və (və ya) yayılması ilə məşğul olan kütləvi informasiya vasitələrində çalışan, milli ödəniş sisteminin və maliyyə bazarı infrastrukturunun sabitliyini, bankların likvidliyinin idarə edilməsi, nağd pul dövriyyəsini təmin edən təşkilatlarda çalışan ali təhsilli və ya müvafiq ixtisaslaşmış vətəndaşlar qismən səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunmaması barədə qərar qəbul olunub.
"Müvafiq təşkilatların rəhbərləri tərəfindən RF Silahlı Qüvvələrinin Baş Qərargahına müəyyən edilmiş formada təqdim edilmiş vətəndaşların siyahıları vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə cəlb edilməsindən azad edilməsi üçün əsas hesab ediləcək", - deyə RF Müdafiə Nazirliyindən bildirilib.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:

"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".

Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.