BAKI, 23 sentyabr — Sputnik. Avropa şirkətləri Rusiyadan təbii qazın olmaması və enerji daşıyıcılarının bahalaşması səbəbindən gübrə istehsalını azaldıb. Bunu "Forbes" xəbər verir.
"Bu, Avropa İttifaqının öz ayağına açdığı atəşlər sayəsində qazandığı "nailiyyətlər" seriyasının ən sonuncusudur", - deyə nəşr bəyan edib.
Azot gübrələrinin istehsalı zamanı Avropa şirkətləri təbii qazdan istifadə edirlər, lakin onun qiymətləri "Şimal axını" boru kəmərinin dayanmasından sonra kəskin şəkildə artıb. Ona görə də müəssisələr məhsul buraxılışının həcmini azaltmalı olublar.
Gübrə qıtlığına həm də anti-Rusiya sanksiyaları səbəb olub. Bu məhsulun Rusiya Federasiyasından idxalına qadağa qoyulmasa da, istehsal və digər ölkələrə çatdırılma imkanları məhdudlaşıb.