BAKI, 22 sentyabr — Sputnik. Almaniya iqtisadiyyatı qaz qiymətlərinin artması səbəbindən son 70 ilin ən pis şokunu yaşayır. Bunu "The Telegraph" nəşri yazır.
Nəşrdə qeyd edildiyi kimi, son bir ildə ölkədə sənaye məhsullarının maya dəyəri, təxminən, 46 faiz artıb. Bu, 1949-cu ildən bəri bu göstəricinin ən intensiv artımıdır.
Öz növbəsində, müəssisələr üçün elektrik enerjisi ödənişləri 139% artıb.
Məqalə müəllifləri onu da vurğulayırlar ki, onsuz da tənəzzülə uğraya bilən Almaniya iqtisadiyyatı yüksək inflyasiya ilə təhdid edilməyə başlayır.
Nəşrin yazdığına görə, ölkədə ev təsərrüfatlarının maliyyə yükü də xeyli artıb.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiyadan enerji tədarükünün azalması səbəbindən almanların "ölkəsiz qala biləcəyi" fikrini bildirmişdi.