BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Amma bununla belə, qeyd edim ki, hələ də yoluxanlar var".
"Pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”, - deyə o əlavə edib.
Xatırladaq ki, 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub.