AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ölkəyə hibrid və elektriklə işləyən səkkiz mindən artıq nəqliyyat vasitəsi gətirilib

Səkkiz ayda ölkəyə gətirilən belə nəqliyyat vasitələrindən 8210-u daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 267-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilir.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Yanvar-avqust aylarında ölkəyə 8477 hibrid və elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, bu nəqliyyat vasitələrindən 8210-u daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə, 267-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev mediaya açıqlamasında bildirib ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir, artıq bununla bağlı yeni layihə də hazırlanıb.