RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kreml: Faktiki NATO ilə qarşıdurmadayıq, qismən səfərbərlik qərarına səbəb budur

Hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır - Peskov
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. De-fakto Rusiya NATO ilə qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.
Peskov onu da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.
Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.
Qismən səfərbərlik
Dövlət başçısı sentyabrın 21-də Rusiyada qismən səfərbərliyə başladığını elan edib.
"Mən regionların rəhbərlərinə komissarlıqların işinə bütün lazımi köməklik göstərməyi tapşırıram", - Putin bildirib.
O qeyd edib ki, artıq müvafiq fərman imzalanıb.
"Qanuna uyğun olaraq, bu gün Federal Məclisin palatası, Federasiya Şurası və Dövlət Duması bu barədə rəsmi məktublarla məlumatlandırılacaq", - Rusiya lideri bildirib.
Putin həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə Donbas könüllülərinin və silahlılarının hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb: "Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir".
Dövlət başçısı əlavə edib ki, qismən səfərbərlik haqqında sərəncamda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.
O, Donbasın könüllüləri və silahlı birləşmələrinin texnika və avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edib. Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib ki, xalqın iradəsini azad ifadə etməsi və referendumların keçirilməsi üçün təhlükəsiz şəraitin təmin edilməsi ilə bağlı hər şey ediləcək.