NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan Yunanıstana bir mlrd. kubmetrdən artıq qaz ixrac edəcək

Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycandan Yunanıstana bu il 1 mlrd. kubmetrdən artıq qaz ixrac olunacaq.
Bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
O bildirib ki, Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.