DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq edib

İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə, həmçinin daha beş vəzifəli şəxsə də sanksiya qoyulub.
Sputnik
BAKI, 22 sentyabr - Sputnik. ABŞ Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisinə sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə, həmçinin daha beş vəzifəli şəxsə də sanksiya qoyub (Report).
Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.
DÜNYA XƏBƏRLƏRİ
İranda hicabı düzgün taxmadığı üçün qətlə yetirilən qızla bağlı etirazlar genişlənir