MƏDƏNİYYƏT

Türkiyənin məşhur serialında Şuşadan danışıldı

Aktyor Oktay Kaynarcanın baş rolunu ifa etdiyi ekran işində təqdim olunan Şuşa ilə bağlı səhnə diqqət çəkib.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Türkiyənin ATV kanalında "Ben Bu Cihana Sığmazam" serialında Dağlıq Qarabağla bağlı səhnələrə yer verilib.
Türk xalqlarının birliyindən bəhs edən ekran işinin birinci bölümündə 44 günlük Vətən Müharibəsinə toxunulub.
Sözügedən serialda tanınmış aktyor Oktay Kaynarcanın canlandırdığı "Cezayir Türk" adlı hərbçinin azərbaycanlı əsgərlərlə dialoqu əks olunub. İkinci Qarbağ savaşında Azərbaycan və qardaş Türkiyənin bir olduğunu göstərən səhnədə "Cəzayir" bildirir ki, xalqlar qardaşdır, amma müharibə vaxtı bəzi xalqlar daha sıx birləşir:
"Qoy Şuşanı alaq, sizə quzu çevirməsi hazırlayacağam. Türk torpaqlarının olduğu hər yeri müdafiə edərəm və qoruyaram. Türk bayrağının dalğalandığı hər yer bizimdir. Qarabağ hər birimizindir".
Serialın giriş hissəsində İmadəddin Nəsiminin "Məndə sığar iki cahan" qəzəlinin sözlərinə bəstələnmiş mahnı səsləndirilib.
Bu ekran işinin prodüseri Oktay Kaynarcadır. Qeyd edək ki, serialın adı da Azərbaycan şairi İmadəddin Nəsiminin şeirindən götürülüb.
Qeyd edək ki, serialda Eren Vurdem, Gülenay Kalkan, Işıl Yücesoy, Ebru Özkan, Burcu Binici, Raqıp Savaş, Mina Dərman da rol alacaq.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.