BAKI, 21 sentyabr - Sputnik. Rusiya yenə də azad və suveren inkişaf hüququnu müdafiə edəcək, öz sərhədlərini etibarlı şəkildə qoruyacaq və təmin edəcək. Belə bir bəyanatla Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin (RTC) sədri Sergey Narışkin ölkədəki qismən səfərbərliklə əlaqədar çıxış edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Donbassdakı vəziyyət və xüsusi əməliyyatın gedişi ilə bağlı ruslara müraciət edib. O, Rusiyanın "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərində referendumun qərarlarını dəstəkləyəcəyini deyib, ölkədə qismən səfərbərlik elan edib və bunu mövcud təhlükələrə tam adekvat qərar adlandırıb.
“Xalqımız bütün dövrlərdə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb, onun ən qatı düşmənlərinə qalib gəlib. Əminik ki, bu gün, tarixin növbəti döngəsində Rusiya bir daha öz azad və suveren inkişaf hüququnu müdafiə edəcək, öz sərhədlərini etibarlı şəkildə qoruyacaq və təmin edəcək”, - deyə Narışkin bildirib.