HƏRBİ

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Nazirlik ölkə vətəndaşlarını yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırıb.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ölkədəki sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.
Nazirliyin sosial şəbəkə hesabında yerləşdirilmiş müraciətdə deyilir:
"Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik".
Sosial şəbəkə istifadəçisi, arxiv şəkli
Daha sonra müraciətdə deyilir:
"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq".