DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib

Makron, Təhlükəsizlik Şurasına yeni daimi üzvlərin daxil edilməsini və kütləvi cinayətlərə qarşı veto hüququnun məhdudlaşdırılmasını təklif edib.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makron BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib.
APA xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Makron, Təhlükəsizlik Şurasına yeni daimi üzvlərin daxil edilməsini və kütləvi cinayətlərə qarşı veto hüququnun məhdudlaşdırılmasını təklif edib.
Xatırladaq ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması təklifi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da çıxış etmişdi.
Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransadır.
Bu ölkələrdən əlavə, 10 ölkə qeyri-daimi üzvdür.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ var.
SİYASƏT
Ceyhun Bayramov BMT-nin baş katibi ilə görüşüb