RUSİYA

Lavrov BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəlib

Sentyabrın 24-də rusiyalı nazir BMT Baş Assambleyasının tribunasından çıxış edəcək.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak edəcəyi Nyu-Yorka gedib. Bu barədə "RİA Novosti" xəbər verir.
Xatırladaq ki, Rusiyadan gələn nümayəndə heyətinin ABŞ vizalarının verilməsi, üstəlik, Rusiya aviasiya sənayesinə qarşı sanksiyalar, ABŞ və demək olar ki, bütün Avropa ölkələrinin Rusiya Federasiyasından gələn təyyarələr üçün hava məkanını bağlaması səbəbindən çətinləşmiş logistika ilə bağlı problemləri var idi.
Lavrovun Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində bir sıra dövlətlərin başçıları və xarici işlər nazirləri, həmçinin, beynəlxalq təşkilatın baş katibi Antonio Quterreşlə 20-yə yaxın görüş keçirəcəyi planlaşdırılır.
Şənbə günü, sentyabrın 24-də rusiyalı nazir BMT Baş Assambleyasının tribunasından çıxış edəcək.