BAKI, 21 sentyabr — Sputnik. Bu ilin aprelində 82 yaşı tamam olan Danimarka Kraliçası II Marqret yeni növ koronavirus infeksiyasına yoluxub. Bu barədə sentyabrın 21-də Danimarka Kral Evindən məlumat verilib.
"Ülyahəzrət Kraliça dünən gecə saatlarında COVID-19 testindən müsbət cavab alıb və hazırda o, Fredensborq sarayındadır", - deyə Kral Evinin saytında dərc olunub.
Böyük Britaniya Kraliçası II Elizabetin 2022-ci il 8 sentyabr tarixində vəfatından bu yana II Marqret Avropanın ən uzun müddət ərzində hakimiyyətdə olan dövlət başçısıdır və hazırda fəaliyyət göstərən yeganə regent Kraliça olaraq qalır.
Bu ilin fevral ayının əvvəlində Danimarka Kral Evi artıq Kraliçanın koronavirusa yoluxduğunu bildirib.
Mətbuat xidmətinin məlumatına görə, 82 yaşlı Kraliça xəstəliyi yüngül formada keçirib.