HƏRBİ

Azərbaycanla Özbəkistan hərbi sahədə əməkdaşlıq edəcək - FOTO

General-leytenant N.Osmanov Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub
General-leytenant N.Osmanov qonaqları salamlayaraq Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Görüşdə ölkələrimiz arasında maddi-texniki təminat sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.
Özbəkistan nümayəndə heyəti Maddi-Texniki Təminat Baş İdarəsində olub
Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı, eləcə də tank təmiri zavodunu ziyarət edərək burada görülən işlərlə tanış olublar.
Xatırladaq ki, dünən Müdafiə Nazirliyi məlumat yaymışdı ki, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.