RUSİYA

Qərbin qoyduğu məhdudiyyətlər ilk növbədə özlərinə təsir edib - Putin

Rusiya prezidenti bildirib ki, bunu edənlər görürlər ki, onların hərəkətləri özləri üçün mənfi nəticələrə gətirib çıxarır.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar həm özlərinə, həm də ən kasıb ölkələrə mənfi təsir göstərir. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiyaya yeni gələn xarici səfirlərlə görüşündə deyib.

"Öz mövqelərini gücləndirmək üçün qeyri-qanuni sanksiyalar tətbiq edirlər, bütün vektorlara, o cümlədən, Rusiyaya qarşı təzyiqlər edilir. Lakin bunu edənlər görürlər ki, onların hərəkətləri özləri üçün mənfi nəticələrə gətirib çıxarır. Təəssüf ki, tamamilə günahsız dövlətlər - ilk növbədə inkişaf edən və ən yoxsullar da bu cür siyasətdən əziyyət çəkir", - Putin bildirib.

"Rusiyanın enerji, ərzaq və gübrələrinin dünya bazarlarına tədarükünə Qərbin qoyduğu məhdudiyyətlər ilk növbədə onların özünə təsir edib", - prezident vurğulayıb.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.