RUSİYA

Türkiyənin "Ziraat Bank"ı "Mir" kartlarını qəbul edir

Bazar ertəsi Türkiyənin bəzi bankları Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırdıqlarını bəyan ediblər.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin ən böyük banklarından olan "Ziraat Bank"ı Rusiyanın "Mir" kartına xidmət göstərməkdə davam edir. Rusiya Federasiyası vətəndaşları tərəfindən heç bir şikayət daxil olmayıb. Bu barədə "RİA Novosti"yə bankdan bildirilib.
Bazar ertəsi Türkiyənin "İşbank" və "Denizbank"ı "RİA Novosti"yə Rusiyanın "Mir" kartlarına xidmət göstərməyi dayandırdıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib. "RİA Novosti"yə ödəniş sisteminin mətbuat xidmətindən bildiriblər ki, "Mir" ödəniş sisteminin kartlarının xarici banklarda, xüsusən də Türkiyə banklarında qəbulu və onlara xidmət göstərilməsi kredit təşkilatlarının öz mövqeyindən asılı olacaq.
"Bəli, siz bu kartdan istifadə edə bilərsiniz", - deyə bankdan "RİA Novosti"yə bildiriblər.
Rusiya Federasiyası vətəndaşlarından kartdan istifadə ilə bağlı hər hansı şikayət olub-olmadığını soruşduqda bankın nümayəndəsi qeyd edib ki, bazar ertəsi səhər saatlarına kimi belə şikayətlər olmayıb.