BAKI, 19 sentyabr - Sputnik. İranda hicabı düzgün taxmadığı üçün saxlanılaraq sonradan ölən 22 yaşlı qızla bağlı etirazlar başlayıb.
Polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
Polis bölməyə aparılan qızın ürək problemindən keçindiyini açıqlanıb. Lakin onun yaxınları övladlarının tamamilə sağlam olduqlarını bildiriblər.
İranda "hicabı düzgün taxmayan" Məhsa Əmininin qətli ilə əlaqədar etirazların genişləndiyi bildirilir.
Müxtəlif şəhərlərdə qadınlar baş örtüklərini yandıraraq, saçlarını kəsərək və s. formalarda bu vəhşiliyi pisləyirlər.
Tehrandakı Əmirkəbir Universitetində isə etirazçı tələbələrlə polis arasında toqquşmalar baş verib.