BAKI, 19 sentyabr — Sputnik. ABŞ, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.
Bu barədə sosial şəbəkədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan məlumat verib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Sentyabrın 13-də ABŞ-ın Cənubi Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi Filip Riker Bakıya səfər edib. Bundan əvvəl, sentyabrın 8-də o, İrəvana getmişdi.
Sentyabrı 18-də isə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.