AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan təbii qazının Avropaya ixracı müzakirə edilib

Nazir Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların yatırılması ilə bağlı müzakirələr aparıb.
Sputnik
BAKI, 19 sentyabr - Sputnik. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb.
Bu bazrədə nazir özü Twitter-dəki şəxsi hesabında yazıb.
O qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.