BAKI, 18 sentyabr - Sputnik. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.
Bunu demokrat konqresmen Eliss Slotkin bəyan edib.
Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb:
“Bizim (Nümayəndələr Palatası – Red) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”.
Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir (Report).
Slotkinin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana ikigünlük səfərə gəlib.
Səfər çərçivəsində onun Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan parlamentinin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcəyi, ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcəyi planlaşdırılıb.
Spiker Pelosi, həmçinin, mətbuata müraciət edəcək, "Erməni Soyqırımı" Memorialına əklil qoyma mərasimində iştirak edəcək.
Pelosini Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşayiət edir.
Daha əvvəl Pelosinin Tayvan səfəri ABŞ-la Çin arasında siyasi böhrana səbəb olmuşdu.