SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Fransadakı səfirliyinə basqın edilib: Səfir Makrona tvit yazıb - VİDEO

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz Twitter hesabında prezident Emmanuel Makrona xitabən "səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun" yazıb.
Sputnik
BAKI, 18 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.
"Aksiya" zamanı Səfirliyin binasına qarşı vandallıq aktı törədilib. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar (APA).
Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.
Onlar binanın pəncərələrinə Azəraycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərini əzib asaraq onları təhqir ediblər.
Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, – Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz Twitter hesabında yazıb.
Polis ermənilərin bu radikal addımlarına heç bir reaksiya verməyib.
Ötən gün Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.
Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.
Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, ermənilər sentyabrın 16-da da Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.
Bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.
Əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar ediblər.
Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edib.
Həmin gün ABŞ-dakı erməni lobbisinin nümayəndələri də Azərbaycanın Vaşinqtondakı səfirliyi önünə toplaşaraq anti-Azərbaycan şüarlar səsləndiriblər.
SİYASƏT
Ermənilər Livanda Azərbaycan səfirliyinə hücuma cəhd ediblər - VİDEO