RUSİYA

Quterreş Lavrovla Rusiyanın gübrə və ərzaq ixracını müzakirə edəcək

Cari ilin iyulunda İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında müvafiq sənədlər imzalanıb.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyanın sessiyası çərçivəsində gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməyi və “məhsul sazişi”ni müzakirə etməyi planlaşdırdığını bildirib. RİA Novosti-nin xəbərinə görə, bundan əlavə Rusiya gübrələrinin də dünya bazarlarına ixracı məsələsinin də müzakirəsi nəzərdə tutulub.
“İki gün əvvəl (çərşənbə - red.) Rusiya prezidenti Vladimir Putinlə söhbətim oldu. Və düşünürəm ki, biz (Lavrovla – red.) “taxıl sövdələşməsi”, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı qaldırdığımız bütün eyni sualları müzakirə edəcəyik ki, bu da dünyada gübrə bazarı böhranın həlli üçün tamamilə zəruri vasitə hesab olunur", - deyə Quterreş agentliyə müsahibəsində bildirib.
Onun sözlərinə görə, BMT bu malların ixracına hələ də mane olan bütün maneələri aradan qaldırmaq üçün şərait yaratmaq üçün çox çalışır.
“Və, əlbəttə ki, biz Ukrayna münaqişəsi ilə bağlı digər aspektləri müzakirə edəcəyik, iqlimi və ümumilikdə beynəlxalq gündəliyi müzakirə edəcəyik”, - deyə baş katib əlavə edib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.