BAKI, 17 sentyabr - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəlib. ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, onun səfəri sentyabrın 19-dək davam edəcək.
“Səfər zamanı Nümayəndələr Palatasının sədri Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşərək Ermənistan-ABŞ münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ nümayəndə heyətinə Nümayəndələr Palatasının Enerji və Ticarət Komissiyasının sədri Frank Pallone, Nümayəndələr Palatasının üzvləri Anna Eşu və Ceki Speyer də daxildir.