Azərbaycan-Ermənistan sərhədində vəziyyət

KTMT-nin missiyasının aparıcı qrupu Ermənistan-Azərbaycan sərhədində monitorinq keçirib

Ermənistana ezam olunmuş missiyanın Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacağı, habelə bir sıra işçi görüşlər keçirəcəyi bildirilir.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. General-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu şənbə günü Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib. RİA Noovostinin xəbərinə görə, missiya Sünik rayonunun Qoris şəhərində və Akner kəndində olub.
Xatırladaq ki, KTMT növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib.
Ermənistana ezam olunmuş missiyanın qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.
“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.
O da bildirilib ki, qyrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.