CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN əməkdaşları ötən sutka ərzində 13 nəfəri xilas ediblər

Xilasedicilərin təcili və təxirəsalınmaz tədbirləri nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Nazirliyin yaydığı məlumatda deyilir.
Belə ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 36 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.