CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Cənub, rayonlarda Şərq küləyi əsəcək - Hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bölgələrdə hava paytaxtdan daha isti olacaq.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycanda sentyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 25-29° isti, Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-20°, gündüz 30-35° isti, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacağı gözlənilir.