CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zeytun yağı yeyin - ömrünüzü uzadın

Tədqiqat nəticəsində bu qida məhsulundan müntəzəm istifadənin ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltdığı məlum olub.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Zeytun yağından müntəzəm istifadə ürək-damar xəstəlikləri və xərçəng xəstəliyi də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltmağa kömək edir.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İspaniyanın Migel Hernandez Universitetinin mütəxəssisləri apardıqları tədqiqatlardan sonra belə nəticəyə gəliblər.
Universitetin saytında dərc edilən məqalədə qeyd olunur ki, mütəxəssislər 18 il ərzində 1500-dən çox iştirakçının pəhrizini və həyat tərzini təhlil ediblər. Nəticədə zeytun yağından müntəzəm istifadənin ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, bütün səbəblərdən ölüm riskini azaltdığı məlum olub.
“Gün ərzində iki və ya daha çox xörək qaşığı zeytun yağı istifadə etmək tövsiyə olunur”, - deyə tədqiqat müəllifləri bildirib.
Ekspertlər on səkkiz illik müşahidələrinin nəticəsini bu cür ifadə ediblər:
"Gündə iki və ya daha çox xörək qaşığı zeytun yağından müntəzəm istifadə ümumi ölüm riskini 31 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 46 faiz, xərçəng xəstəliyindən ölüm riskini isə 51 faiz azalır”.