Cümə axşamı, sentyabrın 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ" Fransanın "Nant" klubunu qəbul edib və onu 3:0 hesabı ilə darmadağın edib. Qolları Kvabena Ovusu, Abdulla Zubir və Marko Yankoviç vurublar.
Hesabı 60-cı dəqiqədə Kvabena Ovusu açıb. 65-ci dəqiqədə isə Abdulla Zubir fərqlənib.
Fransızlar çaşqınlıq içində qaldıqları halda, ağdamlılar hücumlarını davam etdirərək 72-ci dəqiqədə növbəti künc zərbəsindən sonra üçüncü qolu vurublar - Marko Yankoviç 23 metrdən dəqiq zərbə endirib.
Beləliklə, "Qarabağ" 2022/23 mövsümünün Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanaraq, üç xalla "G" qrupunda ikinci pilləyə yüksəlib.