RUSİYA

Putin və Tszinpinin birgə bəyanatı ABŞ-ı təşvişə saldı

ABŞ senatoru Marşi Blekbernin sözlərinə görə, Çin və Rusiya liderləri yeni dünya nizamı yaratmağa çalışırlar.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində səslənən Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpinin dünya səhnəsində vahid cəbhə ilə bağlı birgə bəyanatı ABŞ-ı təşvişə salıb. Bu barədə "The Washington Times"ın köşə yazarı Bill Hertz yazıb.
ABŞ senatoru Marşi Blekbernin sözlərinə görə, Çin və Rusiya liderləri yeni dünya nizamı yaratmağa çalışırlar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı və Sakit Okean Donanmasının Kəşfiyyat İdarəsinin keçmiş direktoru Cim Fannell deyib ki, Putin və Tszinpin arasında keçirilən görüş Çin və Rusiya arasında Qərb üçün pis vəd edən ittifaqın gücləndiyini göstərib.
Məqalə müəllifi hesab edir ki, yeni alyans ABŞ və onun müttəfiqlərinə qarşı iki cəbhədə qarşıdurmaya və müharibəyə gətirib çıxara bilər. Bununla əlaqədar olaraq, bütün ABŞ siyasətçiləri "soyuq müharibə" standartına qayıtmağa çağırılırdı ki, müharibə "eyni anda iki teatrda" aparılsın.
Bundan əvvəl Pentaqonun keçmiş zabiti Rebekka Koffler demişdi ki, Rusiya və Çin arasında müttəfiqlik ABŞ-ın dünya liderliyinə iddialarını məhv edir.