NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında tələb ilə bağlı narahatlıq var

Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,25 dollar artaraq 91,09 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 85,23 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,6 dollar azalaraq 93,89 dollar olub.
Qeyd edək ki, qlobal iqtisadi yavaşlamanın neft tələbini azaldacağı ilə bağlı narahatlıqlar var. Digər tərəfdən dünyada dolların bahalaşması neftin qiymətinə təsir göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
NEFT-QAZ
Neft yenidən bahalaşıb