AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak edir.
Sputnik
BAKI, 16 sentyabr - Sputnik. Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub. Bu barədə Azərtac məlumat yayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistanda səfərdədir.
İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb
Dünən dövlət başçısı səfər əsnasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə də görüşüb.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür.
Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.