Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistandakı missiya sərhəddə vəziyyətllə bağlı təkliflər hazırlayacaq - KTMT qərargahı

Yerevana gələn general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti müzakirə edib.
Sputnik
BAKI, 16 avqust - Sputnik. KTMT-nin Ermənistana ezam olunmuş missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.
“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.
Bildirilir ki, qyrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunur ki, general-polkovnik Anatoli Sidorovun başçılıq etdiyi KTMT Missiyasının qabaqcıl qrupu mövcud vəziyyəti qiymətləndirmək üçün cümə axşamı Ermənistana gəlib:
“KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib", - KTMT-nin birgə qərargahından bildirilib.
Həmçinin qeyd olunur ki, Yerevana çatdıqdan dərhal sonra general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş keçirib.
“Görüşdə Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə yaranmış vəziyyət müzakirə olunub”.