BAKI, 15 sentyabr — Sputnik. Rusiya bütün ölkələrlə münasibətləri gücləndirməkdə maraqlıdır və onlar dinamik və qarşılıqlı faydalı əsasda inkişaf edir. Bunu Rusiya Prezidenti Vladimir Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin lideri Si Cinpin və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşündə bildirib.
"Rusiya dövlətlərin hər biri ilə münasibətlərin mümkün qədər möhkəmlənməsində maraqlıdır və qeyd etməliyəm ki, bu əlaqələr dinamik, səmərəli və qarşılıqlı faydalı əsasda inkişaf edir", - deyə Putin bildirib.
O qeyd edib ki, "Rusiya-Çin-Monqolustan formatı, təbii ki, xüsusi əhəmiyyət kəsb edir, ikitərəfli əməkdaşlığı səmərəli şəkildə tamamlayır və hər üç ölkə üçün yüksək əlavə dəyər təmin edir".
"Həm coğrafi yaxınlığı, həm də xalqlarımız arasındakı uzunmüddətli dostluq və qarşılıqlı dəstək, hörmət və rəğbət ənənələrini nəzərə alsaq, belə sıx üçtərəfli tərəfdaşlıq tamamilə təbiidir", - deyə Rusiya Prezidenti əlavə edib.