NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenidən bahalaşıb

Neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,02 dollar artaraq 94,12 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,15 dollar bahalaşaraq 88,63 dollar olub.
Azərbaycan neftinin qiyməti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,63 dollar artaraq 97,49 dollar olub.
Neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb. Səbəb qlobal iqtisadi yavaşlama, daha sərt pul siyasəti və tələbatın aşağı olması narahatlıqlarıdır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.