RUSİYA

National İnterest: Avropa İttifaqında Rusiya nefti uğrunda mübarizə başlayır

Jurnalist hesab edir ki, Rusiya Prezidenti Putin dekabr ayına qədər məhdudiyyətlər tətbiq edən ölkələrə ixracı dayandırmaq qərarına gəlsə, neft qiymətləri yenidən artacaq və bu, qarşıdan gələn seçkilər ərəfəsində Bayden üçün siyasi başağrısı olacaq.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Avropa İttifaqında Rusiya nefti uğrunda mübarizə başlayır. Enerji resursuna yüksək qiymət həddi edilərsə, mübarizə daha da güclənəcək. Bu sözləri jurnalist Blez Malli "The National İnterest" nəşrində qeyd edib.
Onun sözlərinə görə, əgər G7 ölkələri buna baxmayaraq, enerji resursuna maksimum qiymət həddinin müəyyən edilməsi təşəbbüsünü həyata keçirsələr, bu, qara qızılın qiymətinin daha da artmasına səbəb olacaq, çünki Rusiya lideri Vladimir Putin xəbərdarlıq edib ki, Rusiya neftini qeyri-bazar şərtləri ilə satmaq niyyətində deyil.
"Əgər Putin dekabr ayına qədər məhdudiyyətlər tətbiq edən ölkələrə ixracı dayandırmaq qərarına gəlsə, neft qiymətləri yenidən artacaq və qarşıdan gələn seçkilər ərəfəsində Bayden üçün siyasi başağrısı olacaq", - deyə jurnalist fikrini yekunlaşdırıb.
Eyni zamanda, Moskva anti-Rusiya sanksiyalarına qoşulmayan ölkələrə neft satmağa davam edə bilər.
Bu yaxınlarda "KP.RU" saytı yazıb ki, Vladimir Putin Qərb ölkələrinin Rusiya qazına yüksək qiymət həddinin tətbiq edilməsi təşəbbüsünü şərh edib. Rusiya liderinin fikrincə, bu, uyğunsuzluğa və qiymət artımına gətirib çıxaracaq növbəti axmaqlıqdır.
Rusiya prezidenti, həmçinin qazın yüksək qiymət həddinin tətbiq edilməsi təşəbbüsündən danışaraq, Avropa liderlərini düşünməyə çağırıb. Dövlət başçısı vurğulayıb ki, Rusiya Federasiyası enerji resurslarını qeyri-bazar şərtləri ilə tədarük etməyəcək.