VİDEO

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunub

Sentyabrın 15-də Azərbaycanın bütün ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib. Sputnik Azərbaycan-ın çəkiliş qrupu paytaxt məktəblərindən birində olub. Daha ətraflı videomuzda.
Sputnik
2022/2023-cü tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. IX sinifdə 147 029 nəfər, XI sinifdə 100 455 nəfər təhsil alacaq.
Ümumilikdə yeni tədris ilində Azərbaycan məktəblərində 1616214 nəfər bilik alacaq.
Azərbaycanda tədris ilinin ilk günündə 12-13 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurma zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şəhid olması ilə əlaqədar Bilik Gününə həsr olunmuş təntənəli yığıncaq və digər bayram tədbirləri ləğv edilib.
Ümumtəhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.