RUSİYA

BRICS xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Zaxarova bildirib ki, Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində BRICS ölkələrinin xarici işlər nazirlikləri rəhbərlərinin ənənəvi görüşü planlaşdırılır.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. BMT Baş Assambleyasında yüksək səviyyəli həftə çərçivəsində BRICS ölkələrinin xarici işlər nazirlikləri rəhbərlərinin ənənəvi görüşünün keçirilməsi planlaşdırılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində BRICS ölkələrinin xarici işlər nazirlikləri rəhbərlərinin ənənəvi görüşü planlaşdırılır", - deyə Zaxarova brifinq zamanı bəyan edib.
O, görüşə Cənubi Afrika tərəfinin ev sahibliyi edəcəyini söyləyib.
"Assosiasiyada yaradılmış təcrübəyə əsasən, iclası beşliyin növbəti sədri kimi Cənubi Afrika tərəfi təşkil edəcək. Nazirlər Baş Məclisin 77-ci sessiyasının gündəliyi də daxil olmaqla, geniş spektrli aktual beynəlxalq məsələləri müzakirə edəcəklər. Assambleyada, həmçinin, BRICS strateji tərəfdaşlığı çərçivəsində qarşılıqlı fəaliyyətin, o cümlədən, assosiasiyanın institusional inkişafının nəzərdən keçirilməsi planlaşdırılır", - deyə Zaxarova qeyd edib.