BAKI, 15 sentyabr — Sputnik. Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının sammiti keçirilir. Bu toplantıda ittifaqın genişləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul ediləcək.
Son üç ildə ilk dəfə olaraq üzbəüz formatda keçirilən budəfəki sammitdə Rusiya Prezidenti Vladimir Putin və ŞƏT-ə üzv olan digər dövlətlərin liderləri ilə yanaşı, üç müşahidəçi ölkə - Belarus, İran və Monqolustan, habelə dəvət olunmuş üç ölkə - Azərbaycan, Türkmənistan və Türkiyənin rəhbərləri də iştirak edirlər.
ŞƏT-ə üzv olan ölkələrlə qarşılıqlı əlaqələrin gələcəkdə Azərbaycana nə vəd etdiyi barədə "AzTV" kanalının analitik qrupunun rəhbəri Faiq Hüsiyev sentyabrın 16-da saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.