DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqının növbəti qışları sərt keçəcək – AK

Timmermans: "Qiymətlər yüksək olaraq qalır və bunun tez zamanda həlli yoxdur"
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Avropa İttifaqında növbəti qışlar asan olmayacaq. Bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans bildirib.
Timmermans mətbuat konfransında deyib: "Qiymətlər yüksək olaraq qalır və bunun tez zamanda həlli yoxdur. Təkcə bu qış deyil, növbəti qışlarda da çətin olacaq".
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
VİDEO
Losev: ABŞ və Avropa ölkələri sağlam düşüncəni ideologiya ilə əvəz ediblər