TƏHSİL

Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb

360 şagird üçün nəzərdə tutulan ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.
Tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, digər rəsmilər və media nümayəndələri iştirak edib. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Zəngilanın Ağalı kənd məktəbində
Qeyd edək ki, 360 şagird üçün nəzərdə tutulan ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Zəngilanın Ağalı kənd məktəbində
Xatırladaq ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.