PAYTAXT XƏBƏRLƏRİ

Sentyabrın 15-dən Bakı metrosu intervalları artıracaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bildirib ki, yeni qrafikə uyğun olaraq interval sərnişin sıxlığına görə müəyyən ediləcək.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət qrafikində dəyişiklik edilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən xəbərə görə, yeni qrafikə uyğun olaraq interval sərnişin sıxlığına görə müəyyən ediləcək.
"Bakı Metropoliteni"ndən bildirilib ki, sentyabrın 15-dən səhər və axşam pik saatlarda interval 2 dəqiqə olacaq. Gün ərzində isə bu müddət 2,5 dəqiqə, gecə saatlarında isə 3 dəqiqəyə qədər artırılacaq.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC hər ilin sentyabrında qatarların hərəkət rejimində dəyişiklik edərək intervalı bir qədər də qısaldır.