FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Şəhid olsam, el ağlayar məni" - Səbuhi Əhmədov

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində həlak olan hərbçilərimizdən biri də vaxtilə Bakı SOS Uşaq Kəndində tərbiyə almış Əhmədov Səbuhi Fuad oğludur.
Sputnik
Uşaq evində böyümüş şəhid Səbuhi Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecini bitirib.
Qida Sənayesi Kollecinin tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva şəhidlə bağlı xatirələrinin belə bölüşüb:
"Bir sözü var idi. Deyirdi "adi ölüm istəmirəm. Onda kim ağlayacaq məni? Qəbrimin üstünə gələcək nə anam var, nə atam. Amma şəhid olsam, el ağlayar məni".
İki yaşında olarkən valideynlərini itirmiş, sonradan SOS Uşaq kəndində böyümüş, ana-ata qayğısından məhrum olan şəhid bu gün uğrunda canından keçdiyi torpağa tapşırılıb.
1 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

2 / 20

3 / 20

4 / 20

5 / 20

6 / 20

7 / 20

8 / 20

9 / 20

10 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

11 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

12 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

13 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

14 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

15 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

16 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

17 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

18 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

19 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

20 / 20

Şəhid Səbuhi Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi.

Qeyd edək ki, Səbuhi İkinci Qarabağ savaşında da iştirak edib və hətta yaralanıb da.
Yaxınlarının məzarı başında dediklərinə görə, ən böyük arzusu ailə qurmaq, ev-eşik sahibi olmaq olub.
"Amma balam burada özünə mənzil qurdu, şəhidlik zirvəsinə ucaldı. Hər bir valideyn istəyərdi ki, elə bir övladı olsun", - deyə qohumu Aybəniz Ağalarova deyir.
Şəhidin tabutuna bükülmüş üç rəngli bayraq isə bu dünyada yeganə doğması olan qardaşı Sənan Əhmədova verildi. Qardaşının uğrunda canından keçdiyi bağrağı köksünə sıxıb için-için ağlayan Sənan isə ana-atasından yeganə yadigarı olan qardaşının da onu tək qoyub getdiyini söylədi:
"Bizim nə atamız var, nə anamız. Onları vaxtsız itirmişik. İki qardaş uşaq evlərində böyümüşük. Bizim bir-birimizdən başqa heç kəsimiz yox idi. Biz kürəyimizi bir-birimizə dayamışdıq. Mən arxamı, dayağımı itirdim".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.