RUSİYA

Qərb taxılla bağlı məlumatları dərc edərsə, özünü reabilitasiya edə biləcək - Rusiya XİN

Mariya Zaxarova öz Telegram kanalında sentyabrın 12-dən etibarən Ukrayna limanlarını ərzaqla tərk edən 122 gəminin siyahısını dərc edib.
Sputnik
BAKI, 14 sentyabr - Sputnik. Qərb Ukrayna taxılının paylanması ilə bağlı məlumatları dərc etməlidir, bu, özünə bəraət etmək üçün yeganə yoldur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl Rusiya rəsmiləri bildiriblər ki, “taxıl müqaviləsi” çərçivəsində Ukrayna taxılının böyük hissəsi Asiya və Afrika ölkələrinə deyil, Avropa İttifaqına çatdırılıb.
"Onların özlərinə bəraət qazanmalarının yeganə yolu... BMT-nin saytında olduğu kimi, gəminin yola salınması və müvafiq şəhərə çatdırılması cədvəlini dərc etməkdir. Burada şərti olaraq, bu taxılın ikinci dərəcəli paylanmasının cədvəlindən söhbət gedir. Əgər, özlərini doğrultmağa başladıqları kimi, Aİ ölkələri vasitəsilə Asiya və Afrika ölkələrinə taxıl tədarük etmək onlar üçün daha əlverişlidirsə və onlar hələ də oraya çatdırırlarsa”, deyə Zaxarova Sputnik radiosunun efirində bildirib.
Eyni zamanda, diplomat qeyd edib ki, Qərbin "sözünə inanmaq olmur - onlar sonsuz yalan danışırlar".
Zaxarova həmçinin öz Telegram kanalında BMT-nin saytından götürülmüş “taxıl müqaviləsi” çərçivəsində sentyabrın 12-dən etibarən Ukrayna limanlarını ərzaqla tərk edən 122 gəminin siyahısını dərc edib.
Siyahılardan belə çıxır ki, xeyli sayda gəmi Qərbi Avropa ölkələrinə - İspaniya, İtaliya, Yunanıstana gedib.